9 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tekstil liflərinin sınaqlarına dair yeni dövlət standartları qəbul edilib

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tekstil məhsullarının tərkibini dəqiq müəyyənləşdirmək, təhlükəsizliyi təmin etmək və beynəlxalq tələblərə uyğunlaşmaq məqsədilə toxuculuq sahəsində tekstil liflərinin kəmiyyət kimyəvi analizinə dair 9 yeni dövlət standartı qəbul edib.

İnstitutun məlumatına görə, "Tekstil sahəsi"nin standartlaşdırması üzrə Texniki Komitənin (AZSTAND/TK 45) təqdimatı ilə qəbul edilən AZS ISO 1833 seriyalı bu standartlar, aseton, natrium sinkat, sulfat turşusu və termiki qızdırılma kimi müxtəlif kimyəvi üsullarla asetat, pambıq, akril, ipək, poliester və asbest kimi lif qarışıqlarının laboratoriya şəraitində dəqiq analizini tənzimləyir.

Bu dövlət standartlarının qəbulunda məqsəd tekstil məhsullarının tərkibinin düzgün və dəqiq müəyyənləşdirilməsi, onların təhlükəsizliyinin təmin olunması və beynəlxalq tələblərə uyğunlaşdırılmasından ibarətdir.

Sözügedən dövlət standartları Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?