6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bakıda “TransLogistica Caspian” – 23-cü Xəzər Beynəlxalq Nəqliyyat Sərgisi keçiriləcək

Bakıda “TransLogistica Caspian” – 23-cü Xəzər Beynəlxalq Nəqliyyat Sərgisi keçiriləcək

1–3 iyun tarixlərində Bakı Ekspo Mərkəzində region üçün strateji əhəmiyyət daşıyan “TransLogistica Caspian” – 23-cü Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi keçiriləcək.

“Caspian Event Organisers” şirkətindən verilən məlumata görə, sərgi Azərbaycanın və region ölkələrinin dövlət nəqliyyat qurumlarının rəhbərləri, sənaye mütəxəssisləri və biznes nümayəndələri ilə bir araya gəlmək, nəqliyyat texnologiyalarının ən son nailiyyətlərini nümayiş etdirmək, yeni tərəfdaşlıqlar qurmaq və perspektivli infrastruktur layihələri ilə tanış olmaq üçün unikal platformadır. Üç gün davam edəcək sərgidə Azərbaycanla yanaşı Belarus, Qazaxıstan, Çin, Gürcüstan, Türkiyə, Rusiya Federasiyası, Litva və Lüksemburqdan olan şirkətlər iştirak edəcəklər.

Sərgi çərçivəsində 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumu keçiriləcək. “TransLogistica Caspian Forum” beynəlxalq daşımalar, tranzit marşrutları və logistika həlləri ilə bağlı aktual məsələlərin müzakirə olunduğu peşəkar platforma rolunu oynayacaq.

Forum çərçivəsində praktik təcrübə mübadiləsinə və konstruktiv dialoqa yönəlmiş “Nəqliyyat və logistika tədarük zəncirlərinin rəqəmsallaşdırılması və innovativ həllərin tətbiqi” və “Orta Dəhliz və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı və perspektivləri” mövzularında panel sessiyaları təşkil olunacaq. Forumda yerli məruzəçilərlə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Litvadan olan xarici spikerlər də çıxış edəcəklər.

Sərgi çərçivəsində geniş işgüzar proqram təşkil olunacaq, yerli və xarici şirkətlərin iştirakı ilə “B2B” və “B2G” formatlı görüşlər, tematik tədbirlər və sənaye üzrə müzakirələr keçiriləcək.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?