6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
AÇG yatağinda ilk dəfə multilüləli quyu istismara verilib

AÇG yatağinda ilk dəfə multilüləli quyu istismara verilib

bp şirkəti operatoru olduğu Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağında ilk dəfə olaraq multilüləli quyu (MLT) texnologiyasını tətbiq edib.

Şirkətdən verilən məlumata görə, Qərbi Azəri platformasından qazılan və Xəzər dənizində bir ilk olan "C44" quyusu tam təhlükəsiz şəkildə, planlaşdırılandan bir ay əvvəl istismara verilib.

Bu innovativ texnologiya bir quyu lüləsindən layın müxtəlif sahələrinə daxil olmaqla kollektorla təması və drenaj səmərəliliyini artırır. Yeni yanaşma dəniz platformalarında quyu şaxtalarının məhdudluğu problemini həll edir, mövcud infrastrukturdan maksimum faydalanmağa və kapital səmərəliliyini optimallaşdırmağa imkan verir. bp rəsmilərinin bildirdiyinə görə, MLT texnologiyası yetkinləşmə mərhəsində olan AÇG yatağında hasilatın azalma tempinin idarə olunmasında, əlavə ehtiyatların çıxarılmasında və neftvermə əmsalının maksimuma çatdırılmasında mühüm rol oynayacaq.

Strateji plan çərçivəsində bp bütün yataq miqyasında geniş qazma kampaniyasına start verir. Cari ilin ilk yarısında istismara verilməsi planlaşdırılan C44 və D41 quyuları da daxil olmaqla, 2026-cı il ərzində ümumilikdə üç MLT quyusunun qazılması nəzərdə tutulur. Şirkət yatağın iqtisadi səmərəlilik müddətini uzatmaq məqsədilə 2027–2028-ci illərdə bu növ çoxlüləli quyuların sayını daha da artırmağı planlaşdırır.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?