14 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan-Tacikistan biznes forumu keçirilib

İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan-Tacikistan biznes forumu keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslər və müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.

Forumda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Azərbaycan və Tacikistan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin iqtisadi əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaratdığını bildirib. Qeyd edilib ki, ölkələrimiz arasında bir çox sahələrdə tərəfdaşlığın genişləndirilməsi üçün mühüm potensial mövcuddur. Forumun işgüzar dairələr arasında birbaşa əlaqələrin qurulması və qarşılıqlı faydalı layihələrin təşviqi baxımından əhəmiyyəti vurğulanıb.

Tacikistanın iqtisadi inkişaf və ticarət nazirinin müavini Ahliddin Nuriddinzoda ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. Bildirilib ki, qarşılıqlı ticarətin artırılması, sahibkarlar arasında əməkdaşlığın gücləndirilməsi və yeni biznes təşəbbüslərinin dəstəklənməsi ikitərəfli iqtisadi gündəliyin mühüm istiqamətlərindəndir. Tacikistanın sənaye və yeni texnologiyalar nazirinin müavini Baxtiyor Safarzoda ölkəsində sənaye və yeni texnologiyalar sahəsində həyata keçirilən tədbirlər, bu istiqamətdə mövcud imkanlar və Azərbaycan şirkətləri ilə əməkdaşlıq perspektivlərindən danışıb. Qeyd edilib ki, texnologiyaların tətbiqi və istehsal sahəsində tərəfdaşlığın genişləndirilməsi qarşılıqlı maraq doğuran sahələrdəndir.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev ixracın və investisiyaların təşviqi, Azərbaycanın biznes və investisiya mühitinin beynəlxalq səviyyədə təqdim olunması, eləcə də yerli şirkətlərin xarici bazarlara çıxışının dəstəklənməsi istiqamətində görülən işlər barədə danışıb. Bildirilib ki, bu kimi biznes platformaları şirkətlər arasında praktiki əlaqələrin qurulması, yeni tərəfdaşlıqların formalaşdırılması və iqtisadi əməkdaşlığın konkret layihələr üzrə inkişafı baxımından mühüm rol oynayır.

Tacikistanın Ticarət və Sənaye Palatasının sədri Farxodşox Raxmonalizoda iki ölkənin işgüzar dairələri arasında məlumat mübadiləsinin, birgə təşəbbüslərin və birbaşa biznes təmaslarının artırılmasının vacibliyini qeyd edib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə KOB-ların inkişafı, bu sahədə tətbiq olunan dəstək mexanizmləri, hər iki ölkənin işgüzar dairələri arasında əməkdaşlıq imkanları və əlaqələrin genişləndirilməsinə Agentliyin göstərə biləcəyi dəstək barədə məlumat verib.

Tacikistanın İnvestisiyalar və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin “Tajinvest” Dövlət Unitar Müəssisəsinin baş direktorunun müavini Davlat Həbibov isə Tacikistanın investisiya mühiti, prioritet iqtisadi sahələri, xarici investorlar üçün mövcud imkanlar və dəstək mexanizmləri barədə təqdimatla çıxış edib.

Tacikistan şirkətlərinin nümayəndələri tərəfindən keçirilən təqdimatlarda şirkətlərin fəaliyyət istiqamətləri, məhsul və xidmətləri, ixrac potensialı və Azərbaycan tərəfi ilə mümkün əməkdaşlıq imkanları diqqətə çatdırılıb.

Tədbir çərçivəsində Tacikistanın “Boboi Şarifbek” “ şirkəti ilə Azərbaycanın “Azərpambıq Aqrar Sənaye Kompleksi” arasında əməkdaşlıq sazişi imzalanıb.

Tədbir B2B görüşlərlə davam edib.

VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi?