6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
4SİM və “Coursera” yerli tərəfdaşlar üçün “Course Builder” aləti ilə bağlı vebinar keçirib

4SİM və “Coursera” yerli tərəfdaşlar üçün “Course Builder” aləti ilə bağlı vebinar keçirib

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və “Coursera” tərəfindən yerli tərəfdaşlar üçün “Course Builder” alətinin imkanları və üstünlüklərinə həsr olunmuş vebinar keçirilib.

Mərkəzin məlumatına görə, vebinarda “4Sİ Akademiyası - Milli Proqram”ın yaratdığı imkanlarla ali təhsil müəssisələrini və özəl şirkətləri yaxından tanış etmək, həmçinin onların qlobal platformada tanınmasına dəstək məsələləri müzakirə olunub.

“Course Builder” aləti ali təhsil müəssisələri və qurumlara Azərbaycan dilində öz təlimlərini yaradaraq “Coursera” platformasında yerləşdirmək imkanı verir. Platformadakı digər təlim və kurslarda olduğu kimi, bu təlim və kurslar üzrə də sertifikatlar əldə edilə bilər.

Qeyd edək ki, “Milli Proqram”da iştirak edən 2 yerli təlim təminatçısı tərəfindən “Coursera” platformasında Azərbaycan dilində yerləşdirilən 25 təlimdən 2656 istifadəçi yararlanıb, ümumilikdə 6208 təlim uğurla tamamlanıb.

Vebinara 35-ə yaxın ali təhsil müəssisəsi, eləcə də dövlət və özəl sektordan 100-dən çox iştirakçı qoşulub.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?