6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Mebel sənayesi sahəsində yeni dövlət standartları qəbul edilib

Mebel sənayesi sahəsində yeni dövlət standartları qəbul edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən mebel sənayesi sahəsində yeni dövlət standartları qəbul edilib.

- AZS EN 716-1:2026 Mebel – “Uşaq çarpayıları və məişətdə istifadə üçün nəzərdə tutulmuş qatlanan uşaq çarpayıları - Hissə 1: Təhlükəsizlik tələbləri”,

- AZS EN 1272:2026 “Uşaq qulluq ləvazimatları - Masaya quraşdırılan stullar - Təhlükəsizlik tələbləri və sınaq üsulları”,

- AZS ГОСТ 24220:2026 “Mebel parçaları. Ümumi texniki şərtlər”,

- AZS ГОСТ 34873:2026 “Mebel üçün dəri. Texniki şərtlər”.

Dövlətlərarası və Avropa standartları əsasında hazırlanan bu dövlət standartları daxili uzunluğu 900-1400 mm ölçüdə olan və məişətdə istifadə üçün nəzərdə tutulan uşaq çarpayılarına dair təhlükəsizlik tələblərini, köməksiz otura bilən, çəkisi 15 kq-a qədər uşaqlar üçün nəzərdə tutulan masalara quraşdırılan stullara dair təhlükəsizlik tələblərini və sınaq üsullarını, kimyəvi saplardan və ipliklərdən, təmiz kətan, yarı kətan, yarı yun, pambıq və mebel üzlükləri üçün nəzərdə tutulan qarışıq parçalardan hazırlanan hazır mebel parçalarını və iribuynuzlu mal-qara dərisindən hazırlanan və mebel istehsalında istifadə olunan dəri üçün ümumi texniki şərtləri müəyyən edir.

Sözügedən dövlət standartı layihələri Azərbaycan Standartlaşdırma İnstitutunun nəzdində təsis edilən “Mebel sənayesi məhsulları” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 14) təqdimatı əsasında AZSTAND tərəfindən qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?