9 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Türkiyə və Moldova ilə energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov İstanbul Təbii Sərvətlər Zirvəsi çərçivəsində Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar və Moldovanın energetika naziri Dorin Junqietu ilə görüşlər keçirib.

Nazirlikdən verilən məlumatına görə, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla görüşdə ölkələrimiz arasında strateji enerji tərəfdaşlığının yeni layihələrlə genişlənməsindən məmnunluq ifadə edilib. Neft-qaz sahəsində Bakı-Tbilisi-Ceyhan və TANAP kimi layihələrin enerji təhlükəsizliyinə töhfələri qeyd edilib. Azərbaycan-Türkiyə uğurlu enerji birliyinin elektrik enerjisi sahəsində də gücləndirilməsinin vacibliyi vurğulanıb. Bu xüsusda elektrik enerjisinin Azərbaycandan Naxçıvan və Gürcüstan üzərindən, həmçinin Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiyadan Türkiyə və Avropaya ötürülməsini nəzərdə tutan layihələrin icrası ilə bağlı müzakirələr aparılıb.

Bu yaxınlarda “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi arasında binalarda enerji səmərəliliyi üzrə texniki əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması enerji əlaqələrinin genişlənməsinin göstəricisi kimi qiymətləndirilib.

Söhbət zamanı nazir Alparslan Bayraktar “Bakı Enerji Həftəsi”ndə iştirak edəcəyini bildirib.

Moldovanın energetika naziri Dorin Junqietu ilə görüşdə isə müasir enerji reallıqlarında qaz təchizatının sabitliyinin təmin olunmasında boru kəmərlərinin əhəmiyyəti vurğulanıb. Hər iki ölkədə energetika sektorunda aparılan islahatlara toxunulub, müxtəlif istiqamətlər üzrə enerji əməkdaşlığının inkişafı üçün imkanlar dəyərləndirilib. Moldovalı nazir də “Bakı Enerji Həftəsi”ndə iştirakını təsdiqləyib.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?