9 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Türkiyədə Naxçıvanın investisiya və ixrac imkanları tanıdılıb

Azərbaycanın Türkiyədə ticarət nümayəndəsinin aparatı və Naxçıvan Muxtar Respublikasının (NMR) İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Azərbaycanın Türkiyədə Səfirliyinin və ölkəmizin Qarsdakı Baş Konsulluğunun dəstəyi ilə Azərbaycan nümayəndə heyəti Türkiyəyə səfər çərçivəsində bir sıra görüş və tədbirlər keçirib.

İstanbul valisi Davut Gül və İzmirdə bu şəhərin valisinin müavini Nüsret Şahin ilə görüşlərdə əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub. Həmçinin İstanbul Sənaye Palatası İdarə Heyətinin sədri Erdal Bahçıvan və Ege Bölgəsi Sənaye Palatası İdarə Heyətinin sədri Ender Yorgancı ilə görüşlərdə tərəfdaşlığa dair müzakirələr aparılıb.

İstanbul və Ege Bölgəsi sənaye palatalarında “Azərbaycan investisiya imkanları: Naxçıvan bölgəsinin strateji potensialı” mövzusunda məlumatlandırıcı tədbirlər təşkil olunub. Tədbirlərdə Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliyev və Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı, Naxçıvanın investisiya və ixrac potensialı, investorlar üçün yaradılan güzəşt və imkanlar barədə məlumat veriblər. Həmçinin Zəngəzur dəhlizi və yeni logistika potensialının iki ölkənin iqtisadi inkişafına töhfə verəcəyi qeyd edilib. Tədbirlər çərçivəsində Azərbaycanda, o cümlədən, Naxçıvanda sərmayədarlar üçün tətbiq olunan güzəştlər barədə təqdimatlar keçirilib. Türk iş adamları ilə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

İğdırda bu şəhərin valisi Mustafa Fırat Taşolar, Qarsda isə bu şəhərin valisi Ziya Polat və bələdiyyə sədri Ötüken Senger ilə görüşlər keçirilib. Görüşlər zamanı Türkiyə ilə iqtisadi əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.

Həmçinin İğdır vilayəti rəsmiləri və iş adamlarının iştirakı ilə “Azərbaycanda investisiya imkanları: Naxçıvan bölgəsinin strateji potensialı” mövzusunda məlumatlandırıcı tədbirdə, eləcə də Qars Ticarət və Sənaye Palatası İdarə Heyətinin sədri Kadir Bozan və Qarsda fəaliyyət göstərən iş adamları ilə görüşdə ölkəmizin, o cümlədən Naxçıvanın investisiya və ixrac imkanları, həmçinin muxtar respublikada biznes və sərmayədarlar üçün tətbiq edilən vergi, gömrük və sosial sığorta güzəştləri barədə məlumat verilib. Mövzu ilə bağlı təqdimatlar keçirilib, iş adamlarının sualları cavablandırılıb.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?