6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Orta Dəhliz Azərbaycan-Tacikistan əlaqələrinin daha da inkişaf etməsinə əlavə imkanlar yaradır

Orta Dəhliz Azərbaycan-Tacikistan əlaqələrinin daha da inkişaf etməsinə əlavə imkanlar yaradır

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta Dəhliz) ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etməsi üçün əlavə imkanlar yaradır.

Bu sözləri iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Azərbaycan-Tacikistan biznes-forumunun açılışında çıxışı zamanı deyib.

O bildirib ki, Tacikistan ilə Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlıq əlaqələrini davam etdirir.

“Ölkələrimiz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı faydalı əməkdaşlıq edir. Zəngəzur dəhlizi dünya iqtisadiyyatı ilə inteqrasiya olunmaq üçün də əlavə imkanlar yaradır. Ölkələrimiz arasında sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika, tranzit sahələrində sıx əməkdaşlıq üçün geniş imkanlar var və bunları inkişaf etdirmək tərəflər üçün iqtisadi baxımdan səmərəli olar”, - deyə nazir müavini vurğulayıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?