6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Quancouda Çin-Azərbaycan investisiya və ticarət əməkdaşlığına dair forum keçirilib

Quancouda Çin-Azərbaycan investisiya və ticarət əməkdaşlığına dair forum keçirilib

Çinin Quandon əyalətinin Quancou şəhərində Çin-Azərbaycan investisiya və ticarət əməkdaşlığına həsr olunmuş forum keçirilib. “Şirkətlərə dəstək, xarici bazarlara çıxış” devizi altında təşkil olunan Çin (Quandon Əyaləti) - Azərbaycan İnvestisiya və Ticarət Əməkdaşlığı Forumu Azərbaycanın Çində ticarət nümayəndəsinin aparatı və Çinin aidiyyəti qurumlarının dəstəyi ilə baş tutub. Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanın biznes və investisiya mühitinin Quandonda tanıdılması, bu əyalətdən Azərbaycana investisiyaların cəlb olunması, habelə “Made in Azerbaijan” məhsullarının Çinin Quandon əyalətinə ixracının artırılması imkanlarının müzakirəsi olub.

Forumda dövlət qurumlarının, biznes assosiasiyalarının, ixrac və investisiya fəaliyyəti ilə məşğul olan şirkətlərin nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycanın Çində ticarət nümayəndəsi Teymur Nadiroğlu ölkəmizin işgüzar mühiti haqqında məlumat verib. O, Azərbaycanın Çin ilə iqtisadi-ticarət əlaqələrinin inkişafına xüsusi önəm verdiyini vurğulayıb, ölkəmizin regionda mühüm nəqliyyat-logistika qovşağı kimi rolundan, qeyri-neft-qaz sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, xarici investorlar üçün yaradılan əlverişli şəraitdən danışıb. Bildirilib ki, Azərbaycan Şərqlə Qərb, Şimalla Cənub arasında etibarlı bağlantı nöqtəsi olmaqla yanaşı, sabit biznes mühiti və geniş investisiya imkanları ilə seçilir.

Quandon Əyaləti Sənaye və Kommersiya Federasiyasının baş katibi Quan Sianmin Azərbaycanla iqtisadi əlaqələrin inkişafı üçün geniş potensialın mövcud olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi, tranzit imkanları, regional bazarlara çıxış üstünlükləri və investisiya mühiti Çin şirkətləri üçün yeni əməkdaşlıq imkanları yaradır.

Forumda Azərbaycanda investorlar üçün tətbiq olunan imtiyaz və güzəştlər haqqında təqdimat keçirilib.

Pekində fəaliyyət göstərən Azərbaycan Ticarət Evinin operatoru olan “Sino-Foreign Economic Cooperation (Beijing) Science & Trade Co., Ltd.” şirkətinin baş direktoru Van Veyvey Çindəki Azərbaycan ticarət evlərinin fəaliyyəti, ölkəmizin keyfiyyətli qida və içki məhsullarının Çin bazarında satış kanallarının genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb.

Tədbirdə iştirakçı şirkətlərin nümayəndələrinin Azərbaycanın işgüzar mühiti, güzəşt mexanizmləri, logistika marşrutları və Çin bazarında Azərbaycan məhsullarının təşviqi ilə bağlı sualları cavablandırılıb.

Forum çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında potensial əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?