6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib

WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib

Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) çərçivəsində mayın 21-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Kiçik və orta bizneslərin dayanıqlı, inklüziv və davamlı şəhərlərin qurulmasında əsas iştirakçı kimi rolunun gücləndirilməsi” mövzusunda panel müzakirəsi keçirilib.

Agentliyin məlumatına görə, Biznes və İnnovasiya Mərkəzində təşkil olunan tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri, sahibkarlar və şəhərsalma üzrə mütəxəssislər iştirak ediblər.

WUF13 çərçivəsində müvafiq mövzuda panel müzakirənin təşkilində əsas məqsəd KOB-ların dayanıqlı şəhər inkişafında rolunun gücləndirilməsi, inklüziv və davamlı şəhər mühitlərinin formalaşdırılmasına töhfələrini artırmaqdır.

Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının İdarə Heyətinin sədri Emin Dostiyarinin moderatorluğu ilə keçirilən tədbirdə İslam Əməkdaşlıq Təşkilatının Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) Baş direktoru Zehra Zümrüt Selçuk, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, “Global Oracle Association for Leaders” təşkilatının təsisçisi və prezidenti Leyla Bağırzadə, sənayenin davamlılığı və dairəvi iqtisadiyyat üzrə ekspert Ayaz Salmanov, Beynəlxalq Təbiətin Mühafizəsi İttifaqının Şəhər üzrə Baş Proqram rəhbəri Loredana Skuto, “Rotas Consulting” şirkətinin idarəedici partnyoru Emil Məcidov və “Synergy Consulting Infrastructure & Financial Advisory” şirkətinin ölkə üzrə direktoru Rüfət Qəmbərov çıxış ediblər. Çıxışlarda KOB-ların şəhərlərin dayanıqlı inkişafında mühüm rol oynadığı, onların şəhərsalma siyasətlərində daha fəal iştirakının təmin olunmasının vacibliyi vurğulanıb. KOB-ların innovasiya, yaşıl texnologiyaların tətbiqi, dairəvi iqtisadiyyat, resurs səmərəliliyi və rəqəmsallaşma vasitəsilə şəhərlərin daha dayanıqlı və inklüziv inkişafına mühüm töhfə verə biləcəkləri qeyd olunub. Eyni zamanda çıxışlarda KOB-ların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, institusional dəstəyin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın artırılması zəruri istiqamətlər kimi diqqətə çatdırılıb və tədbir iştirakçılarının sualları cavablandırılıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?