6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ələt Azad İqtisadi Zonası ilə AİB arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Ələt Azad İqtisadi Zonası ilə AİB arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Asiya İnkişaf Bankının (AİB-in) infrastruktur və şəhər salınması sektorlarını təmsil edən nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasına (AFEZ) səfər edib.

Görüş zamanı AFEZ Administrasiyasının nümayəndəsi Zonanın regionda mühüm sənaye, logistika və investisiya habı kimi strateji rolu barədə geniş təqdimatla çıxış edib. Nümayəndə heyətinə Zonanın ərazisində aparılan irimiqyaslı infrastruktur işləri, o cümlədən nəqliyyat bağlılığının, kommunal şəbəkələrin, mühəndis sistemlərinin inkişafı və beynəlxalq standartlara uyğun yaradılmış müasir sənaye obyektləri barədə məlumat verilib. Təqdimatda bütün torpaq sahələrinin tam hazır daxili və xarici infrastrukturla, o cümlədən elektrik və su təchizatı, kanalizasiya, telekommunikasiya və giriş yolları ilə təmin olunduğu vurğulanıb. Bundan əlavə, Zona qabaqcıl mühəndis-kommunikasiya sistemləri ilə təchiz edilib.

Səfər çərçivəsində tərəflər gələcək əməkdaşlığın perspektivləri, xüsusilə də Zonanın infrastrukturunun növbəti inkişaf mərhələsinin maliyyələşdirilməsi barədə fikir mübadiləsi aparıblar. Həmçinin AFEZ investorları tərəfindən həyata keçirilən layihələrin dəstəklənməsi və maliyyələşdirilməsinin potensial mexanizmləri diqqət mərkəzində olub. Hər iki tərəf dayanıqlı iqtisadi inkişafa töhfə vermək üçün qarşılıqlı fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?