6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bolqarıstan Prezidenti İliyana Yotova Sumqayıt Sənaye Parkını ziyarət edib

Bolqarıstan Prezidenti İliyana Yotova Sumqayıt Sənaye Parkını ziyarət edib

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Bolqarıstan Prezidenti İliyana Yotova İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Sənaye Parkını ziyarət edib.

İqtisadiyyat nazirinin müavini Azər Bayramov və İZİA-nın İdarə Heyətinin sədri Seymur Adıgözəlov qonaqlara Agentliyin idarəçiliyində olan sənaye zonalarında rezidentlər üçün yaradılmış müasir infrastruktur, həyata keçirilən layihələr və istehsal olunan məhsullar barədə ətraflı məlumat veriblər. Bildirilib ki, sənaye parklarında sahibkarlar üçün əlverişli biznes və investisiya mühiti formalaşdırılıb, rezidentlər dövlət hesabına hazır infrastrukturla təmin olunur, həmçinin onlar vergi, gömrük və digər güzəştlərdən yararlanırlar. Bununla yanaşı, sənaye zonalarında istehsal olunan məhsulların daxili bazarla yanaşı, xarici ölkələrə ixracı üçün geniş imkanların yaradıldığı, məhsulların müxtəlif beynəlxalq bazarlara çıxarıldığı diqqətə çatdırılıb.

Nümayəndə heyəti, həmçinin sənaye parkının rezidenti olan “Caspian Lubricants” MMC-ni ziyarət edib. Qeyd edək ki, müəssisənin təsisçiləri sırasında Bolqarıstan investorları da yer alır.

Qonaqlara müəssisədə istehsal prosesi, tətbiq olunan texnologiyalar, istehsal gücü və məhsul çeşidləri barədə məlumat verilib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?