6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Əlaqələndirmə qrupunun iclası keçirilib

Əlaqələndirmə qrupunun iclası keçirilib

Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun növbəti onlayn iclası keçirilib. İclasda Komissiyanın aidiyyəti işçi qruplarının və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Əlaqələndirmə qrupunun rəhbəri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “Qlobal İnnovasiya İndeksi 2025” hesabatında Azərbaycanın mövqeyinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin əhəmiyyətini vurğulayıb. İndikatorlar üzrə məlumatların yenilənməsi, beynəlxalq təşkilatlarla əlaqələndirmənin davam etdirilməsi və koordinasiya mexanizmlərinin təkmilləşdirilməsi məsələləri diqqətə çatdırılıb.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev məlumatların beynəlxalq təşkilatlara vaxtında və düzgün təqdim edilməsinin vacibliyini qeyd edib, indeks indikatorlarının fəaliyyət planlarında daha sistemli nəzərə alınmasının önəmini vurğulayıb.

İclasda indeks üzrə görülmüş işlər, yenilənməsi tələb olunan indikatorlar, yaxın dövr üçün nəzərdə tutulan tədbirlər və növbəti hesabatla bağlı məsələlər müzakirə olunub. Sonda aidiyyəti işçi qrupları arasında koordinasiyanın gücləndirilməsi və fəaliyyət planlarının vaxtında icrasının vacibliyi qeyd edilib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?