6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İqtisadiyyat naziri Omanın mənzil inşaatı və şəhərsalma naziri ilə görüşüb

İqtisadiyyat naziri Omanın mənzil inşaatı və şəhərsalma naziri ilə görüşüb YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Oman Sultanlığının mənzil inşaatı və şəhərsalma naziri Xəlfan Əl-Şuaili ilə görüş keçirib.

Görüşdə Azərbaycan ilə Oman arasında iqtisadi münasibətlərin mövcud vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Tərəflər iki ölkə arasında dostluq münasibətlərinin iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaratdığını qeyd ediblər.

Müzakirələr zamanı biznes əlaqələrinin şaxələndirilməsi, qarşılıqlı investisiyaların təşviqi, ticarət dövriyyəsinin artırılması və infrastruktur sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Həmçinin şəhərsalma, tikinti və dayanıqlı urbanizasiya sahələrində təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Görüş çərçivəsində potensial investisiya layihələrində iştirak, özəl sektor nümayəndələri arasında əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məsələləri də diqqət mərkəzində olub.

-----

14:49

“Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Oman Sultanlığının mənzil inşaatı və şəhərsalma naziri Dr. Xəlfan Əl-Şuaili ilə görüşdük.

İkitərəfli iqtisadi münasibətlərin cari vəziyyəti, biznes əlaqələrinin şaxələndirilməsi imkanlarından istifadə, ticarət, investisiya və infrastruktur sahələrində qarşılıqlı fəaliyyətin təşviqi, potensial layihələrdə iştirak barədə fikirlərimizi bölüşdük”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?