27 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
WUF13 çərçivəsində “Qeyri-rəsmi yaşayış məntəqələri və gecəqonduların transformasiyası” müzakirə olunub

WUF13 çərçivəsində “Qeyri-rəsmi yaşayış məntəqələri və gecəqonduların transformasiyası” müzakirə olunub

“Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində “Qeyri-rəsmi yaşayış məntəqələri və gecəqonduların transformasiyası” mövzusunda dialoq sessiyasında səmərəli məskunlaşma siyasəti, sosial və iqtisadi potensialın reallaşdırılması üçün dayanıqlı maliyyə sistemlərinin qurulması barədə fikirlərimizi bölüşdük.

Dayanıqlı və innovativ əsaslarla mənzil infrastrukturunun formalaşdırılması, belə yaşayış məntəqələrinin iqtisadi sistemə inteqrasiyası həm sosial təminatın, həm də şəhər iqtisadiyyatının effektivliyini və dayanıqlılığını artıran strateji inkişaf prioritetidir.

Mənzil siyasətini yalnız tikinti və təminat çərçivəsində deyil, eyni zamanda inklüziv iqtisadi inkişaf, sosial bərabərlik və maliyyə dayanıqlılığı prizmasından qiymətləndirdiyimizi diqqətə çatdırdıq”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

VergiArtıq ödənilmiş rüsumun geri qaytarılması VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi?