6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Pərviz Şahbazov: “Yaşıl enerji dəhlizləri yeni enerji arxitekturası formalaşdırır”

Pərviz Şahbazov: “Yaşıl enerji dəhlizləri yeni enerji arxitekturası formalaşdırır”

Gələcəyin şəhərləri artıq ölçüləri ilə deyil, enerji səmərəliliyi, texnoloji inkişafı və regional bağlantıları ilə dəyərləndiriləcək.

Bu sözləri energetika naziri Pərviz Şahbazov Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda xüsusi sessiyada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müasir geosiyasi və geoiqtisadi reallıqlarda bağlantılar strateji əhəmiyyət daşıyır və enerji xətləri, nəqliyyat dəhlizləri, fiber-optik kabellər və elektrik interkonnektorları qlobal sistemin yeni “arteriyalar”ına çevrilir.

“Bu kontekstdə Azərbaycan regional yaşıl enerji və elektrik interkonnektorlarının formalaşmasında strateji rol oynayır. Prezident İlham Əliyevin enerji təhlükəsizliyi, “yaşıl inkişaf” və sülh quruculuğunu regional bağlantılarla vəhdətdə dəyərləndirən vizioner siyasəti nəticəsində Azərbaycan bu gün Avrasiyanın əsas bağlantı və əməkdaşlıq mərkəzlərindən birinə çevrilir. Orta Dəhlizlə sinxron şəkildə inkişaf edən yaşıl enerji dəhlizləri Xəzər regionunu Avropa və Asiya ilə birləşdirən yeni enerji arxitekturası formalaşdırır”,- deyə nazir qeyd edib.

AZƏRTAC

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?