6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Tekstil avadanlıqları sahəsində yeni dövlət standartları qəbul edilib

Tekstil avadanlıqları sahəsində yeni dövlət standartları qəbul edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən tekstil avadanlıqlarının standartlaşdırılması istiqamətində yeni dövlət standartları qəbul edilib.

AZS ISO 11111-1:2026 “Tekstil avadanlıqları - Təhlükəsizlik tələbləri - Hissə 1: Ümumi tələblər”.

AZS ISO 11111-2:2026 “Tekstil avadanlıqları - Təhlükəsizlik tələbləri - Hissə 2: Əyirmə üçün hazırlıq və əyirmə avadanlıqları”.

AZS ISO 11111-3:2026 “Tekstil avadanlıqları - Təhlükəsizlik tələbləri - Hissə 3: Toxunmamış materialların istehsalı avadanlıqları”.

AZS ISO 11111-4:2026 “Tekstil avadanlıqları - Təhlükəsizlik tələbləri - Hissə 4: İpliyin emal edilməsi, kanat və ip istehsalı avadanlıqları”.

AZS ISO 11111-5:2026 “Tekstil avadanlıqları - Təhlükəsizlik tələbləri - Hissə 5: Toxuma və trikotaj məhsulların hazırlanması avadanlıqları”.

AZS ISO 11111-6:2026 “Tekstil avadanlıqları - Təhlükəsizlik tələbləri - Hissə 6: Parça istehsalı avadanlıqları”.

AZS ISO 11111-7:2026 “Tekstil avadanlıqları - Təhlükəsizlik tələbləri - Hissə 7: Boyama və işləmə avadanlıqları”.

Bu dövlət standartlarının qəbul edilməsində əsas məqsəd tekstil avadanlıqlarının təhlükəsiz istismarına şərait yaratmaq, istehsalat proseslərində risk səviyyəsini azaltmaq, işçilərin həyat və sağlamlığının müdafiəsini gücləndirmək, həmçinin müvafiq beynəlxalq standart və tələblərə uyğunluğu təmin etməkdən ibarətdir.

Sözügedən standart layihələri AZSTAND tərəfindən təsis edilən “Tekstil sahəsi”nin standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 45) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?