9 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb

Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində energetika naziri Pərviz Şahbazovla Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, COP31-in Prezidenti Murat Kurum arasında görüş olub.

Energetika Nazirliyindən verilən məlumata görə, COP29-un Prezidenti Muxtar Babayevin də iştirak etdiyi görüşdə Azərbaycan və Türkiyə liderlərinin qardaşlığı və siyasi iradəsinin gücü ilə münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. İki ölkə arasında neft-qaz, elektrik enerjisi və enerji bağlantıları sahələrində uzunmüddətli strateji enerji tərəfdaşlığının hazırda enerji səmərəliliyi üzrə genişlənməsindən məmnunluq ifadə edilib. Azərbaycan-Türkiyə Enerji Forumunun əsas istiqamətlərindən biri olan enerji səmərəliliyi sahəsində fəal əməkdaşlıq həyata keçirildiyi və Türkiyə təcrübəsinin faydalı olduğu bildirilib. Söhbət zamanı Azərbaycanın enerji səmərəliliyi ilə bağlı həyata keçirdiyi tədbirlər, “Enerji Effektivliyi Fondu” barədə məlumat verilib. Ölkəmizin COP təcrübəsini qardaş Türkiyə ilə bölüşməyə hazır olduğu diqqətə çatdırılıb.

Görüşdən sonra “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi arasında binalarda enerji səmərəliliyi üzrə texniki əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum imzalayıblar.

Anlaşma Memorandumu binalarda enerji səmərəliliyinə dair qanunvericilik, “Binalarda Enerji Səmərəliliyi Tətbiqi” üzrə hesablama metodologiyası, tikinti prosesində “Enerji Səmərəliliyi Sertifikatı” mərhələləri və bu istiqamətdə təlim proqramlarının təşkili, bərpa olunan enerji mənbələrindən istifadə üzrə təcrübə mübadiləsinin aparılması, qarşılıqlı iclasların, konfransların, pilot təlimlərin, tədqiqat proqramlarının və səfərlərin təşkili üzrə əməkdaşlığı əhatə edir. Sənəd hər iki tərəfin aidiyyəti dövlət qurumlarının və təşkilatların nümayəndələrindən ibarət İşçi Qrupunun yaradılmasını nəzərdə tutur.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?