27 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Serbiya Prezidenti ilə Azərbaycanın biznes nümayəndələri arasında görüş keçirilib

Serbiya Prezidenti ilə Azərbaycanın biznes nümayəndələri arasında görüş keçirilib

Bakıda Serbiya Prezidenti Aleksandar Vuçiç ilə Azərbaycanın biznes nümayəndələri arasında keçirilən görüş iki ölkə arasındakı strateji tərəfdaşlığın iqtisadi müstəvidə dərinləşdiyini nümayiş etdirib.
Azərbaycan Maliyyə Nazirliyinin məlumatına görə, AZPROMO-nun təşkilatçılığı, hər iki ölkənin Maliyyə nazirlikləri və Serbiyanın İnkişaf Agentliyinin dəstəyi ilə baş tutan tədbirdə ticarət, investisiya və infrastruktur sahələrində yeni tərəfdaşlıq imkanları müzakirə olunub.

Serbiya Prezidenti Aleksandar Vuçiç iki ölkənin biznes dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. Bakı-Belqrad birbaşa aviareysinin əlaqələrin və turizmin inkişafına mühüm töhfə verdiyini qeyd edən Prezident SOCAR və "Serbiagas" arasındakı layihələrin önəmini xatırladıb. Aleksandar Vuçiç Azərbaycan iş adamlarını Serbiyada pərakəndə ticarət, kənd təsərrüfatı, eləcə də spa və dağ kurortları sahələrində aktiv investisiya imkanlarını araşdırmağa dəvət edib.

Azərbaycanın maliyyə naziri Sahil Babayev çıxışında 2024-cü ilin yanvarından Serbiyaya təbii qaz ixracının başladığını və Niş şəhərində birgə qaz-elektrik stansiyasının inşası ilə enerji əməkdaşlığının real nəticələr verdiyini bildirib. Nazir, həmçinin "AzVirt" şirkətinin Serbiyadakı iri infrastruktur layihələrini uğurlu nümunə kimi göstərərək, əməkdaşlığın yaşıl enerji, nəqliyyat, tikinti və turizm sahələrinə də yayıldığını, Azərbaycan şirkətlərinin Serbiyaya biznes missiyasının hazırlandığını diqqətə çatdırıb.

VergiArtıq ödənilmiş rüsumun geri qaytarılması VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi?