27 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
2026-cı ilin birinci rübündə sənaye zonalarında istehsalın həcmi artıb

2026-cı ilin birinci rübündə sənaye zonalarında istehsalın həcmi artıb

Cari ilin birinci rübündə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarının rezidentləri tərəfindən 883 milyon manat dəyərində məhsul istehsal edilib.

Agentliyin məlumatına görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz çoxdur.

Sənaye zonalarında rezidentlər üçün əlverişli biznes və investisiya mühiti yaradılıb. İnvestorların fəaliyyətinin təşviqi məqsədilə sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə bir sıra mühüm vergi güzəştlərindən yararlanırlar. Belə ki, onlar əmlak, torpaq və mənfəət vergilərindən azad edilir, həmçinin istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara 10 il müddətinə ƏDV və gömrük rüsumları üzrə azadolmalar tətbiq olunur. Bu da investisiya xərclərinin optimallaşdırılmasına və istehsalın genişləndirilməsinə əlavə imkanlar yaradır.

VergiArtıq ödənilmiş rüsumun geri qaytarılması VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi?