4 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın ilk milli tankeri istifadəyə verilir

Azərbaycanda inşa edilən "Laçın" adlı ilk neftdaşıyan tanker sınaqlar üçün dənizə buraxılacaq. "APA-Economics"in məlumatına görə, tankerin tikintisi, demək olar, bitib, hazırda gəmidə tamamlama işləri aparılır. Məlumatda qeyd olunur ki, bu ilin sonunadək tanker tam istifadəyə veriləcək.

Qeyd edək ki, bu ilin fevral ayında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC ilə "Bakı Gəmiqayırma Zavodu" MMC arasında eyni tipli daha iki tankerin tikintisi üçün müqavilə imzalanıb. Bu tip yeni nəsil tankerlərin uzunluğu 141 metr, eni 16,9 metr, hündürlüyü isə 6 metrdir. Dedveyti dənizdə 7,875 T və çayda 5,447 ton olan tankerlər iki ədəd hər biri 1,200 kVt gücə malik "Wartsila" istehsalı mühərriklərlə təchiz edilib. 11 nəfərlik heyətlə idarə olunan bu gəmilər 10 uzellə hərəkət edir. Tankerlərin hər biri xam neft və neft məhsullarının daşınması üçün ümumi tutumu 9,212 kubmetr olan 6 yük tankına malikdir. Unikallığı ilə seçilən bu üzən vasitələrin layihəsini Odessa Dəniz Mühəndisliyi Bürosu hazırlayıb.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC tərəfindən son 5 ildə 20 müxtəlif təyinatlı gəmi alınaraq istismara verilib. Gəmiçiliyin donanmasının yenilənməsi planı çərçivəsində növbəti 10 ildə 70-dən çox gəminin alınması və Bakı Gəmiqayırma Zavodunda tikintisi planlaşdırılır. Bura tanker, quru yük, bərə, kran, sərnişin, dalğıc, təchizat-yedək, yedək, yanğınsöndürən, torpaqqazan, dibdərinləşdirən gəmilər daxildir.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?