6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
SOCAR ilə TPAO arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub

SOCAR ilə TPAO arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub

SOCAR-ın prezidenti Rövşən Nəcəf “Türkiye Petrolleri A.O.” (TPAO) şirkətinin Xarici layihələr İdarəsinin rəisi Çağrı Şirin və Azərbaycandakı nümayəndəliyinin rəhbəri Halil Buğra Yavuz ilə görüşüb.

Görüşdə SOCAR ilə TPAO arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub, bu xüsusda, ötən il TPAO şirkətinin “Xəzər dənizinin Azərbaycan sektorundakı Şəfəq-Asiman perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsü haqqında Saziş”ə qoşulmasının əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.

Söhbət zamanı şirkətlərin birgə iştirakı ilə həyata keçirilən layihələrin icra vəziyyəti nəzərdən keçirilib və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?