6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Astanada Türk Dövlətləri Təşkilatının biznes-forumu keçirilib

Astanada Türk Dövlətləri Təşkilatının biznes-forumu keçirilib

Astanada "TDT dövlətləri arasında iqtisadi inteqrasiya və əməkdaşlıq: sənaye, kənd təsərrüfatı, logistika və rəqəmsallaşmanın yeni imkanları" adlı biznes-forum keçirilib. Ölkəmizi tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyası təmsil edib.

Tədbir çərçivəsində türkdilli ölkələr arasında praktik iqtisadi əməkdaşlığın inkişafına yönələn bir sıra sənədlərin imzalanma mərasimi keçirilib. İmzalanan sənədlərdən biri Qazaxıstanın "Atameken" Milli Sahibkarlar Palatası ilə Türk İnvestisiya Fondu arasında əməkdaşlıq haqqında saziş olub. Sənəd investisiya əməkdaşlığının genişləndirilməsini və regionda birgə layihələrin dəstəklənməsini nəzərdə tutur.
Bundan əlavə, Türk Dövlətlərinin Ticarət və Sənaye Palataları Birliyi (TCCI), Qazaxıstanın Xarici Ticarət Palatası və Milli Kooperativlər və Digər İqtisadi Birliklər Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

İmzalanan sənədlər biznes strukturları arasında praktik qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə, kooperasiyanın inkişafına, eləcə də türk dünyası ölkələrinin investisiya və ticarət imkanlarının genişləndirilməsinə yönəlib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?