6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Regionlarda sahibkarlarla sahəvi görüşlər davam edir

Regionlarda sahibkarlarla sahəvi görüşlər davam edir

May ayında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Bakı və Şəki şəhərlərində, Sabirabad, Gədəbəy, Füzuli, Yardımlı və Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda sahibkarlar üçün müxtəlif mövzularda sahəvi görüşlər keçiriləcək.

Agentliyin məlumatına görə, bu görüşlər sahibkarlıqla bağlı dövlətin dəstək mexanizmləri, arıçılıq və bal məhsullarının satışı, ekoturizm sahəsində imkanlar, sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi, gənclərin biznes fəaliyyətinə cəlb olunması, işğaldan azad edilmiş ərazilərdə ticarət və xidmət sahəsində imkanlar, orqanik məhsulların emalı və satışı kimi mövzuları əhatə edəcək.

Onlayn və oflayn formatlarda təşkil olunacaq görüşlərdə KOBİA-nın və aidiyyəti dövlət qurumlarının nümayəndələri sahibkarlıq fəaliyyəti ilə bağlı yeniliklər, müvafiq sahələrdə imkanlar, dövlət dəstəyi mexanizmləri barədə məlumat verəcək, onları maraqlandıran sualları cavablandıracaq.

Sahibkarlar may ayında keçiriləcək sahəvi görüşlər barədə ətraflı məlumatla bu linkə keçid etməklə tanış ola bilərlər: https://smbgovaz.short.gy/6HFTih

Qeyd edək ki, KOBİA tərəfindən 2026-cı ilin yanvar-mart ayları ərzində ölkənin bütün regionlarını əhatə etməklə 26 sahəvi görüş və maarifləndirmə tədbiri keçirilib. Bu tədbirlərdə 700-ə yaxın KOB subyekti iştirak edib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?