20 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Şəhərlərdən sərhədsiz ticarətə: İxrac və Logistika Forumu” keçirilib

Bakı Şəhərsalma Həftəsi çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı ilə “Şəhərlərdən sərhədsiz ticarətə: İxrac və Logistika Forumu” keçirilib.

Agentliyin məlumatına görə, tədbirdə rəsmi şəxslər, ixracatçılar, logistika və nəqliyyat üzrə fəaliyyət göstərən şirkətlərin, həmçinin dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Forumda çıxış edən AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev ölkəmizdə qeyri-neft ixracının təşviqi, yerli məhsulların xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi və ixracatçıların beynəlxalq ticarət proseslərində dəstəklənməsi istiqamətində görülən işlərdən danışıb. Qeyd edilib ki, müasir qlobal ticarət mühiti ixrac və logistika sahələrində yeni yanaşmaların tətbiqini və tərəfdaşlıqların inkişafını zəruri edir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov KOB subyektlərinin ixrac potensialının artırılması, onların logistika imkanlarına çıxışının genişləndirilməsi və beynəlxalq bazarlara inteqrasiyası barədə fikirlərini bölüşüb. Bildirilib ki, ixrac və logistikada mühüm rolu olan KOB-ların qarşısında beynəlxalq standartlara və sertifikatlara uyğunlaşma, beynəlxalq şəbəkələrə çıxış, rəqəmsallaşma və s. kimi çağırışlar mövcuddur. Bu kimi məsələlərlə bağlı olaraq KOB-lara müxtəlif istiqamətlərdə dövlət dəstəyi göstərilir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov müasir şəhərsalma ilə bağlı yanaşmaların iqtisadi inkişaf, nəqliyyat-logistika infrastrukturu və ticarət əlaqələrinin genişləndirilməsi ilə sıx bağlı olduğunu vurğulayıb. O, qeyd edib ki, müasir şəhər və infrastruktur həlləri ticarət, logistika və biznes mühitinin inkişafına töhfə verən mühüm amillərdəndir.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycan Ofisinin nümayəndəsi Runze Vanq müasir şəhərsalma, şəhərlərin iqtisadi dayanıqlığı və beynəlxalq əməkdaşlığın əhəmiyyəti barədə çıxış edib. Bildirilib ki, şəhərlərin iqtisadi və logistika baxımından inkişafı qlobal tərəfdaşlıqların gücləndirilməsi üçün yeni imkanlar yaradır.

Tədbir çərçivəsində “İxrac, logistika və qlobal ticarət dəhlizləri” mövzusunda panel müzakirəsi keçirilib. Paneldə nəqliyyat dəhlizlərinin effektivliyi, gömrük prosedurlarının təkmilləşdirilməsi, rəqəmsal həllərin tətbiqi, beynəlxalq ticarət əlaqələrinin genişləndirilməsi, ixrac və logistikaya dair aktual məsələlər müzakirə olunub.

VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir?