7 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yeddi ay ərzində Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi 2.314.467,60 min dollar olub

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan və Türkiyə arasında ümumi ticarət dövriyyəsinin həcmi 2.314.467,60 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin yaydığı statistik məlumatlara görə, bu, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 575.014,25 min dollar və ya 33,06 faiz çoxdur. Türkiyənin Azərbaycanın ümumi ticarət dövriyyəsindəki payı 11,18 faiz təşkil edir. Bu məbləğin 1.498.423,18 min dolları ixracın payına düşür ki, bu da ötən ilin 7 ayı ilə müqayisədə 640.817,5 min dollar və ya 74,72 faiz çoxdur. Türkiyənin ixracının Azərbaycanın ümumi ixracdakı payı 12,21 faiz təşkil edir.

Bu ilin 7 ayı ərzində Azərbaycan Türkiyəyə 816.044,42 min dollar həcmində məhsul idxal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 65.803,26 min dollar və ya 7,46 faiz azdır. Türkiyənin idxalının Azərbaycanın ümumi idxaldakı payı 9,68 faiz təşkil edir.

Qeyd edək ki, 2018-ci ilin yanvar-iyul aylarında Azərbaycan və Türkiyə arasında ümumi ticarət dövriyyəsinin həcmi 1.739.453,35 min dollar təşkil edib ki, bunun da 857.605,68 min dolları Azərbaycanın ixracının, 881.847,68 min dolları isə idxalının payına düşüb.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?