22 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bankların depozit faizləri haqda məlumatlar açıqlanıb

2019-cu ilin avqust ayında Azərbaycanda fəaliyyət göstərən 4 bankda milli və xarici valyutada əhalidən cəlb edilən əmanətlər üzrə faiz dərəcələrinə yenidən baxılıb. "Report"un məlumatına görə, manatla qəbul olunan depozitlərin faiz dərəcələri "AtaBank"da 9,00% -10,00%-dən 3,00%-4,50%-ə, “Azərbaycan Beynəlxalq Bankı”nda 8,50%-9,00%-dən 8,25%-8,75%-ə, "Bank Respublika"da 9,00%-9,50%-dən 8,50%-9,00%-ə kimi azaldılıb.

Dollarla cəlb edilən əmanətlər üzrə faiz dərəcələri "Bank of Baku"da – 2,50%-2,60%-dən 2,00%-2,05%-ə, "AtaBank"da isə 2,00%-2,50%-dən 0,25%-1,50%-ə qədər düşürülüb. Sonuncu həm də avro əmanətlərinin dərəcəsini 0,75%-1,25%-dən 0,25%-0,75%-ə kimi endirib.

Bütövlükdə banklar milli valyutada olan əmanətləri 3,00%-12,50% diapozonunda qəbul edir. Ən yüksək faizi "NBC Bank", ən aşağı - "AtaBank" təklif edir.
Birillik dollar əmanətləri 0,25%-3,00%-lə cəlb edilir. Bu valyutada olan əmanətlər üzrə ən yüksək faiz dərəcəsi "NBC Bank" və "Nikoil Bank"dadır. Avro əmanətləri üzrə faiz dərəcələri 0,10%-3,00% civarında dəyişir. Ən yüksək faiz dərəcəsini "NBC Bank" təklif edir.

Məlumatların toplanmasında əsas kriteriya kimi əmanətlərin 1 il müddətinə qəbul edilməsi, məbləğə olan minimal tələbin yuxarı həddinin 1.000 manatı aşmaması götürülüb. Bu baxımdan, araşdırmaya "Paşa Bank" (minimum məbləğ 20.000 AZN), "Premium Bank" (20.000 AZN) və "Melli İran Bankı"nın Bakı fillialı (5.000 AZN) daxil edilməyib. "Pakistan Milli Bankı"nın Bakı filialının depozit qəbul etməsi haqda isə heç bir məlumat yoxdur.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?