9 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Beynəlxalq Xalça Festivalı müddətində müxtəlif tədbirlər keçiriləcək

1-3 may 2026-cı il tarixlərində İçərişəhərin tarixi küçələri yenidən Beynəlxalq Xalça Festivalına ev sahibliyi edəcək. “Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə reallaşan bu festival Azərbaycanın qədim xalçaçılıq irsini müasir üslubda yenidən təqdim edəcək.

Festivalın zəngin proqramına həm yerli, həm də xarici müəlliflərin unikal layihələri daxildir. Aida Mahmudovanın abstrakt rəng qatlarını ilmələrə köçürən "ELYSIUM" layihəsi, Fərid Rəsulovun Qarabağ xalçalarını 3D texnikası ilə canlandıran “Nağılları yaşadan ilmələr” kolleksiyası və fransız sənətkar Laurin Malanqronun innovativ tekstil işləri festivalın ən diqqət çəkən əsərləridir.

Tədbirdə alban-amerikalı rəssam Cəvahir Kolqininin mənəvi transformasiya mövzulu əsərləri və qazaxıstanlı Assolyanın xalça üzərində hiperrealizm üslubunda yaratdığı türk qadını portretləri də ziyarətçilərə təqdim olunacaq.

İnklüzivliyə xüsusi önəm verən festivalda keçiriləcək “Nənəmin xalçası” layihəsi əlilliyi olan şəxslərin yaradıcılıq potensialını nümayiş etdirəcək. Eyni zamanda, Şirvanşahlar Sarayı kompleksinin muzey məkanında təqdim olunacaq proqram xalçanın mənəvi irs və sakral funksiyalarına həsr olunub. "AtəşHub" proqramı xalçanın naxışdan rəqəmsal alqoritmə keçidini video-instalyasiyalarla izah edəcək. Üç gün ərzində Qoşa Qala meydanı, Bakı Xanları parkı və tarixi karvansaralarda sərgi-satış yarmarkaları və eksklüziv təqdimatlar baş tutacaq. Burada şəhər sakinləri və turistlər unikal sənət nümunələrini yaxından görmək və əldə etmək imkanı qazanacaqlar.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?