28 Aprel 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Texniki bitki istehsalçılarına subsidiyanın verilməsi qaydaları müəyyənləşib

Gələn il Azərbaycanda günəbaxan istehsalçıları hər hektar əkin sahəsinə görə dövlətdən 200 manat subsidiya alacaqlar. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, tütün istehsalçılarına hər hektar əkin sahəsinə görə 280 manat subsidiya ödəniləcək. Bu bitki üzrə əkin əmsalı 1,4-dür. Amma bütün tütün əkənlərə subsidiya verilməsi nəzərdə tutulmayıb. Bu imtiyazdan yalnız Ağstafa, Balakən, Gədəbəy, Goranboy, İsmayıllı, Lerik, Masallı, Oğuz, Qax, Qazax, Qəbələ, Şəki, Tovuz, Yardımlı və Zaqatala rayonlarında tütün əkənlər faydalanacaq. Yəni məhz bu rayonlarda tütünçülüyün inkişaf etdirilməsi qarşıya məqsəd kimi qoyulub. Tütün istehsalçılarına təhvil verdikləri hazır məhsula görə də subsidiya veriləcək. Quru tütün üçün məhsul əmsalı 0,25, yaş tütün üçün məhsul əmsalı isə 0,025 müəyyən edilib ki, bu da hər ton tütün üçün müvafiq olaraq 50 manat və 5 manat subsidiya deməkdir.

Pambıq istehsalçıları üçün isə hər hektar əkin sahəsinə görə subsiyanın məbləği müvafiq olaraq 220 manat olacaq. Bu bitki üzrə əkin əmsalı 1,1-dir. Bununla belə, yalnız Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax və Zərdab rayonlarında pambıq əkənlərə subsidiya ödəniləcək. Qalan rayonlarda pambıqçılığın stimullaşdırılması nəzərdə tutulmayıb. Pambıq istehsalçıları təhvil verdikləri hər ton hazır məhsula görə də 100 manat subsidiya alacaqlar. Bu bitki üzrə məhsul əmsalı 0,5-dir.

Şəkər çuğunduru istehsalçılarına da hər hektar əkin sahəsinə görə 280 manat subsidiya ödəniləcək. Bu bitki üzrə də əkin əmsalı 1,4-dür. Təhvil verilən hazır məhsulun hər tonuna görə də 4 manat subsidiya ödənilməsi nəzərdə tutulub. Bu bitki üzrə məhsul əmsalı 0,02-dir.
Çay istehsalçılarına subdisiya ödənişi isə bir qədər fərqli olacaq. Bu texniki bitkinin gec məhsul verdiyi nəzərə alınaraq, plantasiyanın salındığı ilk 7 il ərzində hər hektar əkin sahəsinə görə 700 manat subdisiya ödənilməsi nəzərdə tutulub. Yəni əkin əmsalı 3,5 olacaq. Növbəti illərdə isə əmsal 1,2-yə, subsidiyanın məbləği isə buna uyğun olaraq 240 manata endiriləcək. Amma subsidiyanı yalnız ənənəvi çayçılıq rayonlarında - Astara, Lənkəran, Masallı və Zaqatalada çay əkənlər alacaqlar.

VergiVÖEN yenidən aktivləşdikdə vergi ödəyicisinin hansı öhdəlikləri yaranır? VergiMüəlliflik hüququndan istifadəyə görə verilən royalti ödənişlərindən vergi tutulurmu? VergiFəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisinin öhdəlikləri Vergiİşçilərin yemək xərcləri üçün ödənilən ƏDV məbləği əvəzləşdirilirmi? VergiTəlimçi kimi xidmət göstərən fərdi sahibkar 75 faizlik güzəştdən yararlana bilərmi? VergiDaimi iş vaxtı yolda keçən işçilərə ödənilən əlavə vəsaitlər vergiyə cəlb olunurmu? VergiƏcnəbi vətəndaşlar üçün vergi güzəşti VergiMəkləbli ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri VergiHüquqi şəxsin tərkibindən başqa bir hüquqi şəxsin ayrılması zamanı zəruri prosedurlar VergiRezidentin partnyorlara ödədiyi nəqliyyat və yemək xərclərinin gəlirdən çıxılması necə tənzimlənir?