21 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir

“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi (RDMİS) dövlət maliyyəsinin idarə olunmasında şəffaflıq və operativliyi təmin edən əsas rəqəmsal alətlərdən biri kimi fəaliyyətə başlayıb (www.rdmis.gov.az).

Maliyyə Nazirliyindən verilən məlumata görə, RDMİS vasitəsilə büdcə, xəzinədarlıq, dövlət borcu, mühasibat uçotu və digər maliyyə prosesləri inteqrasiya olunmuş şəkildə idarə olunacaq. Bu yanaşma müxtəlif istiqamətlər üzrə məlumatların vahid platformada birləşdirilməsinə və dövlət qurumları arasında koordinasiyanın daha səmərəli təşkilinə imkan yaradır.

Dövlət maliyyəsində şəffaflığın artırılmasına, nəzarət mexanizmlərinin gücləndirilməsinə və hesabatlılığın yüksəldilməsinə xidmət edən sistem Maliyyə Nazirliyinin bütün informasiya sistemlərinə vahid mərkəzdən daxilolma və idarəetmə imkanını təmin edir. Eyni zamanda, məlumatların mərkəzləşdirilmiş bazada toplanması və real vaxt rejimində maliyyə göstəricilərinə çıxış imkanları qərarların daha dəqiq, operativ və analitik əsaslarla qəbul edilməsinə şərait yaradacaq.

RDMİS “Büdcə məlumatlarını idarəetmə”, “Dövlət maliyyə nəzarəti”, “Dövlət proqramlarının və investisiya xərclərinin maliyyələşdirilməsi”, “Dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi”, “Dövlət müəssisələrinin rəqəmsal monitorinqi”, “e-azadolma”, “e-müqavilə”, “e-mühasibat”, “e-rüsum”, “e-mədaxil”, “Elektron ciddi hesabat blankları”, “Xəzinədarlığın rəqəmsal idarə edilməsi” və “İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi” altsistemləri daxil olmaqla, ümumilikdə 13 altsistemdən ibarətdir.

Artıq aprelin 10-dan etibarən RDMİS-nin “e-müqavilə” altsistemi istifadəyə verilib. Dövlət satınalmalarının şəffaf, operativ və səmərəli təşkilini təmin edən sistem büdcə təşkilatları tərəfindən mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin bağlanılması və göndərilməsini həyata keçirir.

Qeyd edək ki, “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi haqqında Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 yanvar tarixli Fərmanı ilə təsdiq edilib.

VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir?