Misir ilə ticarət dövriyyəsi artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Misir ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 20,9 faiz artaraq 6,5 milyon dolları üstələyib.
Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Misir ilə ticarətin payı 0,1 faiz təşkil edib.
Mənbə: Dövlət Gömrük Komitəsi
