5 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan banklarının xalis xarici aktivləri 7,7 faiz artıb

Bu ilin iyul ayının sonuna Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xalis xarici aktivləri 16.441,6 mln. manat təşkil edib və bu göstərici son bir ayda 155,5 mln. manat və ya 1 faiz artıb. Mərkəzi Bankdan verilən məlumata görə, cari ilin əvvəlindən kommersiya banklarının xalis xarici aktivləri 1.128,1 mln. manat və ya 7,4 faiz, son bir ildə isə 1.176,8 mln. manat və ya 7,7 faiz artıb. Ölkədəki kommersiya banklarının xalis daxili aktivləri isə son bir ayda 202,5 mln. manat və ya 2,2 faiz, ilin əvvəlindən 453,7 mln. manat və ya 5,2 faiz, son bir ildə isə 1.737,4 mln. manat və ya 23,3 faiz artaraq bu ilin iyulun sonuna 9.200,6 mln. manat təşkil edib.

Qeyd edək ki, xalis xarici aktivlər kommersiya bankları tərəfindən qeyri-rezidentlərlə xarici valyutada, manatla və qiymətli metallarla aparılmış aktiv-passiv əməliyyatların saldosu, xalis daxili aktivlər isə bank sisteminin mərkəzi hökumət, rezident maliyyə təşkilatları və dövlət idarəetmə orqanları ilə apardığı aktiv-passiv əməliyyatlarının saldosudur.

VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi?