6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Mikayıl Cabbarov: “Qeyri-neft-qaz sektoru iqtisadi artımın başlıca drayverinə çevrilib”

Mikayıl Cabbarov: “Qeyri-neft-qaz sektoru iqtisadi artımın başlıca drayverinə çevrilib”

“İqtisadiyyatın şaxələndirilməsi strateji hədəflərimizin əsasını təşkil edir və artıq qeyri-neft-qaz sektoru iqtisadi artımın başlıca drayverinə çevrilib. Bununla bağlı daha böyük mənzərəni görmək üçün son 5 ilə qısa nəzər yetirək. 2021-2025-ci illərdə qeyri-neft-qaz sektorunda ÜDM-in orta illik 5,9 faizlik real artımı iqtisadi genişlənmənin əsas mənbəyi olub”.

Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təşkil olunmuş “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda Forumdakı çıxışında deyib.

Nazir bildirib ki, iqtisadiyyatın şaxələndirilməsində özəl sektorun böyük rolu var və bu sahəyə aktiv dövlət dəstəyi davam etdirilir. Son illərdə özəl sektora dövlət dəstəyinin böyük hissəsini vergi və gömrük güzəştləri təşkil edib: “Bu strateji yanaşma öz müsbət nəticələrini ölkə iqtisadiyyatında çox mühüm keyfiyyət və struktur dəyişikliklərində, özəl sektorun vergi daxilolmalarında payının artmasında göstərir. Ötən il qeyri-neft-qaz özəl bölmədən daxilolmalar qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 76%-nə çatıb”.

Nazir əlavə edib ki, 2025-ci ildə qeyri-neft-qaz özəl sektoruna yönəlmiş əsas kapitala investisiyalar 11,1% artıb, xarici mənbələrdən əsas kapitala investisiyalarda 24% artım qeydə alınıb. Qeyri-neft-qaz sənayesində investisiyalarda 26%-dək artım olub. 2021-2025-ci illərdə bu sahədə əlavə dəyər orta illik hesabla 8% artıb.

Qeyd olunan amillərin təsiri nəticəsində qeyri-neft-qaz sektorunun ÜDM-də payı 2018-ci ildəki 58,3%-dən 2025-ci ildə 71,5%-ə çatıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?