21 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gürcüstan-Azərbaycan-Türkiyə biznes forumu keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan-Azərbaycan-Türkiyə biznes forumunda iştirak etmək üçün Gürcüstana işgüzar səfər edib. Səfər çərçivəsində Tbilisidə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub.

Gürcüstanın Kaxeti regionunda ölkənin İqtisadiyyat və Davamlı İnkişaf, Azərbaycanın İqtisadiyyat, Türkiyənin Ticarət nazirliklərinin dəstəyi, Gürcüstanın Ticarət və Sənaye Palatası (GCCI), Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) birgə təşkilatçılığı ilə Gürcüstan-Azərbaycan-Türkiyə biznes forumu keçirilib. Tədbirdə dövlət rəsmiləri ilə yanaşı, hər üç ölkədən sənaye, maliyyə, energetika, İKT, nəqliyyat, logistika, kənd təsərrüfatı, və digər sahələrdə fəaliyyət göstərən şirkət nümayəndələri iştirak ediblər.

Forumun açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili və Türkiyənin ticarət naziri Ömer Bolat çıxış ediblər.

Vurğulanıb ki, Gürcüstan-Azərbaycan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regionda sabitliyin və dayanıqlı iqtisadi inkişafın möhkəmlənməsinə, enerji, nəqliyyat-logistika və ticarət əlaqələrinin genişlənməsinə mühüm töhfə verir. Qeyd olunub ki, bu işbirliyi formatı çərçivəsində reallaşdırılan layihələr regionun enerji mənzərəsini yenidən formalaşdırıb və Avropanın ənənəvi enerji mənbələrindən asılılığını azaldıb. Regional bağlantıların gücləndirilməsi üçün strateji imkanlar vurğulanıb. Enerji resurslarından effektiv istifadə, Orta Dəhlizin potensialının reallaşdırılması, rəqəmsal tranzit infrastrukturunun təkmilləşdirilməsi, ölkələrimizin ixrac imkanlarının artırılması və ticarət əlaqələrindəki dinamikanın davamlı dəstəklənməsinin önəmi diqqətə çatdırılıb.

Bildirilib ki, təchizat zəncirlərinə investisiyaların cəlb edilməsi və işgüzar dairələr arasında sinerjinin təşviqi dayanıqlı iqtisadi ekosistemin formalaşdırılmasına xidmət edir.

Tədbirdə üç ölkə arasında iqtisadi inteqrasiyanın gücləndirilməsi və tərəfdaşlığın səmərəliliyinin daha da artırılması imkanları dəyərləndirilib, ikitərəfli ticarət münasibətləri barədə məlumat verilib.

Forum çərçivəsində “Biznes liderlərinin perspektivləri” mövzusunda panel müzakirəsi keçirilib. Müzakirələrdə ticarət və investisiya əlaqələrinin dərinləşdirilməsi, həmçinin yeni tərəfdaşlıqların qurulması imkanları haqqında fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində B2B görüşlər təşkil olunub.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?