24 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Moody's" MDB ölkələri ilə bağlı hesabatını açıqlayıb

Bir çox MDB ölkələrində institusional mühitin keyfiyyəti əhalinin müqayisəli gəlir səviyyəsi ilə digər ölkələrə nisbətən daha aşağıdır. Əksər MDB ölkələrində iqtisadi islahatlar aparılsa da, bir çox hallarda onların tərəqqi tempi getdikcə zəifləyir və ya az nəzərə çarpır. Bu barədə "Moody's Investors Service" beynəlxalq reytinq agentliyinin yeni hesabatında deyilir. Bildirilir ki, son illər ərzində MDB ölkələri islahatların həyata keçirilməsində əhəmiyyətli dərəcədə irəliləyiş əldə ediblər və bu, müxtəlif səviyyələrdə olmasına baxmayaraq, dövlət qurumlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsini artırmağa kömək edib.

Hesabatda qeyd olunub ki, xarici və daxili çağırışlar, həmçinin 2014-2016-cı illərdə MDB ölkələrində baş verən siyasi hadisələr sürətli institusional islahatlara və dövlət idarəetməsinin səmərəliliyinə səbəb olan böhran hadisələrinin aradan qaldırılmasına yönəlmiş bir sıra hökumət təşəbbüslərinin katalizatoru olub. Buna baxmayaraq, MDB ölkələrində institutların keyfiyyəti, əsasən qanunun aliliyinin olmaması, korrupsiya və sovet sistemindən tam keçilməməsi ilə digər inkişaf etməkdə olan bölgələrə nisbətən daha aşağı səviyyədədir. "Bəzi ölkələrdə islahatların davam edəcəyini gözləyirik, lakin digər ölkələrdə daxili və xarici problemlər zəiflədikcə iqtisadi siyasətdəki dəyişikliklərin ləng getməsinin şahidi oluruq", - deyə “Moody's"in vitse-prezidenti və böyük kredit mütəxəssisi Evan Volmann bildirib.

"Moody's" hesab edir ki, Özbəkistan (B1, "sabit") və Ukraynada (Caa1, "sabit") islahatlara onları praktiki tətbiq etməkdə duran çətinliklər, Qırğızıstanda (B2, "sabit") və Moldovada (B3, "sabit") – daxili siyasi əngəllər, Qazaxıstanda (Baa3, "müsbət") və Azərbaycanda isə (Ba2, "stabil") – 2014-2016-cı illərin zərbələrindən sonra iqtisadiyyatı bərpa etdikcə islahat stimulunun azalması mane olur. "Üstəlik, korrupsiyaya nəzarət və qanunun aliliyi kimi göstəricilərdə əks etdirilən institusional mühitin keyfiyyəti ümumiyyətlə MDB ölkələrində aşağı olaraq qalır və bu, ölkələrin institusional sabitliyini və iqtisadi potensialını qiymətləndirməyimizi məhdudlaşdırır" - deyə E. Volmann əlavə edib.

Bildirilir ki, islahatlar dövlət idarəçiliyinin yaxşılaşdırılmasına səbəb olsa da, institusional mühitin yaxşılaşdırılması ilə bağlı irəliləyişlər daha az nəzərə çarpıb.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?