30 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bərpa olunan enerji layihələri üzrə Komissiyanın növbəti iclası keçirilib

Energetika Nazirliyində Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə Komissiyanın növbəti iclası keçirilib.

Nazirliyin məlumatına görə, nazir müavini Elnur Soltanovun sədrliyi ilə keçən görüşdə "yaşıl" enerjinin ölkənin enerji təhlükəsizliyi və ixrac potensialındakı strateji rolu vurğulanıb.

İclasda 240 MVt gücündə “Xızı-Abşeron” külək və 230 MVt gücündə “Qaradağ” Günəş elektrik stansiyalarının fəaliyyəti, həmçinin 2025-ci il üzrə görülmüş işlər və gələcək planlar təqdim edilib. Müzakirələr zamanı "yaşıl" enerji dəhlizlərinin yaradılması, stansiyaların şəbəkəyə qoşulma vəziyyəti və infrastrukturun gücləndirilməsi məsələlərinə toxunulub. Müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbirin sonunda növbəti mərhələ üçün konkret tapşırıqlar müəyyənləşdirilib.

VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi?