25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
"Azfen" Xəzərin Azərbaycan sektorunda yeni platforma tikəcək

"Azfen" Xəzərin Azərbaycan sektorunda yeni platforma tikəcək

"Azfen" birgə müəssisəsi (SOCAR 60 faiz, "Tekfen İnşaat" 40 faiz) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi çərçivəsində yeni platformanın ("Mərkəzi-Şərqi Azəri") tikinti və montaj işlərini həyata keçirəcək. "Tekfen Holding"in yaydığı məlumatda bildirilib ki, AÇG-nin operatoru "BP-Exploration" şirkəti ilə 486,3 mln. dollar dəyərində müqavilə imzalanıb.

Məlumata görə, 16.936 ton ağırlığındakı platformanın inşasının 38 ay müddətində tamamlanması gözlənilir. Bildirilib ki, "Azfen" şirkətində ortaqlıq payına uyğun olaraq "Tekfen İnşaat"ın layihədə payı 194,5 mln. dollardır.

Qeyd edək ki, "Mərkəzi-Şərqi Azəri" layihəsi çərçivəsində dənizin təxminən 140 metr dərinliyində, mövcud "Mərkəzi Azəri" və "Şərqi Azəri" platformalarının arasında yeni 48 şaxtalı hasilat, qazma və yaşayış platforması quraşdırılacaq.

Bu il aprelin 19-da "Mərkəzi-Şərqi Azəri" platforması üzrə yekun investisiya qərarı qəbul olunub. 6 mlrd. dollarlıq layihəyə yeni dəniz platforması və gündəlik 100 min barel neft hasilatını təmin edəcək qurğular daxildir. Platformanın istismar müddəti ərzində 300 mln. barel neftin hasil olunması proqnozlaşdırılır. İlk hasilatın başlaması 2023-cü ildə gözlənilir. AÇG layihəsində iştirak edən şirkətlərin səhm payları aşağıdakı kimidir: BP (30,37 faiz), SOCAR (25,0 faiz ), Chevron (9,57 faiz), INPEX (9,31 faiz), Equinor (7,27 faiz), ExxonMobil (6,79 faiz), TPAO (5,73 faiz), ITOCHU (3,65 faiz), ONGC Videsh Limited (OVL) (2,31 faiz).

Xatırladaq ki, "Azfen" 1996-cı ilin yanvarında SOCAR (60 faiz sahiblik hüququ ilə) və "Tekfen İnşaat və Təsisat A.Ş." (40 faiz sahiblik hüququ ilə) tərəfindən təsis edilib.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?