22 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

“Startap” şəhadətnaməsi almaq üçün KOB subyektlərindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) daha 9 müraciət daxil olub.

Agentliyin məlumatına görə, müraciətlərə Ekspertlər Şurasının iclasında baxılıb və onlardan 8-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib.

“Startap” şəhadətnamələri fiziki şəxslər Rəşad İbrahimlinin əyləncə janrında video oyun (“Steam PC” platforması), Sərxan Abbaszadənin “85 Games Studio” brendi altında video oyunların istehsalı, İlkin Süleymanovun “İnframed Life” – klinikalar üçün onlayn idarəetmə sistemi, Yahya İsmayılovun “Jupiter” co-op macəra video oyunu, Həsən Həsənovun “Meetra” görüş otaqlarının onlayn idarə edilməsi platforması, İlkin Əliyevin “Special Meat” simulyasiya və idarəetmə janrını birləşdirən kompüter oyunu, "Proveb" MMC-nin “Qrgate” QR kod əsaslı işə davamiyyətə nəzarət və giriş-çıxış platforması və "Profmart" MMC-nin "Profmart" peşəkarlar üçün onlayn xidmət platforması layihələri üçün verilib.

Təqdim edilmiş “Startap” şəhadətnamələri KOB subyektlərini müvafiq innovativ layihələr üzrə əldə etdikləri gəlirləri mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir.

İndiyədək 255 mikro və kiçik sahibkara KOBİA tərəfindən “Startap” şəhadətnaməsi verilib.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?