22 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Eczacıbaşı Holding"in İdarə Heyətinin sədri ilə görüş keçirilib YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin "Eczacıbaşı Holding" şirkətlər qrupunun İdarə Heyətinin sədri Bülent Eczacıbaşı ilə görüşüb.

Görüşdə Azərbaycan-Türkiyə strateji əməkdaşlığının bu gün ən yüksək zirvədə olduğu vurğulanıb. Qeyd edilib ki, ölkələrimiz arasında iqtisadi tərəfdaşlıq da yüksələn xətlə inkişaf edir. Biznes dairələrinin sıx birgə fəaliyyəti qarşılıqlı münasibətlərin daha da dərinləşməsinə, ölkələrimiz arasında ticarətin və investisiya qoyuluşunun artmasına töhfə verir.

"Eczacıbaşı Holding" şirkətlər qrupunun İdarə Heyətinin sədrinə Azərbaycan iqtisadiyyatı, ölkəmizin əlverişli biznes və investisiya mühiti, həmçinin işğaldan azad olunmuş ərazilərin işgüzar potensialı, sərmayədarlar üçün yaradılan imkanlar haqqında məlumat verilib.

Görüş zamanı ölkələrimizin biznes sahəsində əməkdaşlığı, xarici investorlar üçün əlverişli biznes şərtləri və şirkətin səhiyyə, sənaye, maliyyə, informasiya texnologiyaları və digər sahələr üzrə Azərbaycanda potensial fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Eczacıbaşı Holding” Türkiyənin səhiyyə, tikinti materialları, istehlak malları, təbii resurslar, maliyyə və informasiya texnologiyaları sahələrində fəaliyyət göstərən şirkətlər qrupudur. 1942-ci ildə təsis edilmiş qrupa 50-dən çox şirkət daxildir. Şirkət 120-dən çox ölkədə fəaliyyət göstərir.

-----

17:40

“Türkiyənin "Eczacıbaşı Holding"inin İdarə Heyətinin sədri Bülent Eczacıbaşı ilə görüşdə ölkələrimizin biznes sahəsində əməkdaşlığı, xarici investorlar üçün əlverişli biznes şərtləri və şirkətin səhiyyə, sənaye, maliyyə, informasiya texnologiyaları və digər sahələrdə Azərbaycanda potensial fəaliyyəti barədə fikirlərimizi bölüşdük”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?