19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gübrə satanlar da POS-terminal quraşdırmalıdır

Aqrar Kredit və İnkişaf Agentliyində gübrə təchizatçıları - gübrə istehsalçıları və satıcıları ilə görüş keçirilib. 50-dən artıq mineral və orqanik gübrə təchizatçısının qatıldığı tədbirdə iştirakçılara Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq olunmuş yeni subsidiya qaydaları və bu qaydaların icra mexanizmi barədə geniş təqdimat edilib.

Agentliyin sədri Mirzə Əliyev bildirib ki, fermerlərin subsidiyadan istifadəsinin asanlaşdırılması, onlara verilən subsidiyanın təyinatı barədə hesabatlılığın təmin edilməsi üçün bütün təchizatçıların, o cümlədən gübrə təchizatçılarının şəffaf işləməsi vacibdir: "Buna görə də, ilk növbədə, fermer kartı ilə ödənişlərin təmin olunması üçün bütün gübrə satıcılarında POS-terminallar olmalıdır. Bununla biz fermerlərin subsidiyadan istifadə ilə nağdsız alışlarını təmin edəcəyik".

Sədr əlavə edib ki, gübrə təchizatları kartla alış-verişi təmin etməklə yanaşı, satış şəbəkələrini də genişləndirməli və bütün növ gübrələri fermerlər üçün daha əlçatan etməlidirlər: "Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə inteqrasiya nəticəsində subsidiyaların verilməsinin asanlaşdığı, sənədləşdirmə işləri azaldığı kimi, gübrə satışı üçün də xüsusi sənədləşmələr lazım olmayacaq. Alış-verişin şəffaf – nağdsız aparılması kifayət edəcək".

Görüşdə Aqrar Kredit və İnkişaf Agentliyi ilə təchizatçılar arasında əlaqələrin qurulması və tənzimlənməsi, fermerlərin ehtiyac duyduqları gübrələrlə vaxtında təchiz olunması kimi məsələlər də müzakirə olunub, təchizatçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?