13 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən il 350 sahibkarın məhsul və xidmətlərinin satışına dəstək göstərilib

2025-ci ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilən KOB subyektlərinin satış imkanlarının genişləndirilməsinə dəstək mexanizmlərindən 350 mikro, kiçik və orta biznes subyekti yararlanıb.

Agentliyin məlumatına görə, belə ki, 85 KOB subyektinin Azərbaycanda və xarici ölkələrdə keçirilən 11 sərgidə (8-i yerli və 3-ü xarici ölkələrdə olmaqla) ödənişsiz olaraq iştirakı təmin edilib. Mikro və kiçik sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması və satışına dəstək məqsədilə 3 “KOB Fest” sərgi-satış yarmarkası keçirilib. Göygöl, Şuşa və Göyçayda təşkil edilmiş yarmarkalarda 220 sahibkar məhsul və xidmətlərini təqdim edib və satışını həyata keçirib.

Mikro və kiçik sahibkarların istehsal etdiyi məhsulların iri ticarət şəbəkələrində satışına dəstək mexanizmi çərçivəsində isə onlar üçün ayrılmış 7 satış nöqtəsində 45 KOB subyektinin məhsullarının satışı həyata keçirilib.

KOB subyektləri satış imkanlarını genişləndirmək məqsədilə dövlətin dəstək mexanizmlərindən faydalanmaq üçün KOBİA-ya müraciət edə bilərlər.

VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur?