10 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Bonfi” imtiyaz platforması: qənaət və məmnuniyyət eyni ekosistemdə

Son zamanlar Azərbaycanda yaradılan bəzi startaplar işçilərə ayrılan yemək xərclərini rəqəmsal platformalar üzərindən qarşılamaq imkanı verir. “Bonfi” rəqəmsal imtiyaz platforması da məhz bu ehtiyacdan irəli gələrək yaradılıb.

Şirkət, əməkdaş və tərəfdaş üçbucağı

“Bonfi” tətbiqi ağıllı imtiyazlar üzərində qurulmuş rəqəmsal platformadır. Platforma şirkətləri, onların əməkdaşlarını və tərəfdaşları vahid ekosistemdə bir araya gətirir. “Bonfi” vasitəsilə şirkətlər əməkdaşlarına imtiyaz kartları təqdim edə bilirlər. Bu kartlar yemək, nəqliyyat xərcləri üçün və yanacaqdoldurma məntəqələrində istifadə edilə bildiyi kimi, hədiyyə kartları formasında da təklif olunur.

“Bonfi” startapının baş məhsul sahibi Orxan Əliyev deyir ki, layihə nağdsız ödənişləri stimullaşdırmaq, dövriyyələri şəffaflaşdırmaq və ictimai iaşə obyektləri üçün satışları artırmağa hesablanıb. Platforma şirkətlər və əməkdaşları, ictimai iaşə obyektləri üçün tam həllər təqdim edir, nəticə etibarilə kafelər, restoranlar və şirniyyat mağazaları üçün satışları artırmaq üçün şərait yaranır. Şirkət əməkdaşları üçün hazırlanan mobil tətbiq vasitəsilə işçilər kartdakı qalıqlarını izləyə, əməliyyat tarixçəsini görə və ödənişlərini rahatlıqla həyata keçirə bilərlər.

10 mindən çox istifadəçi...

Hazırda “Bonfi” 12 iri korporativ şirkətlə əməkdaşlıq edir və bu da 10 mindən çox işçinin imtiyaz kartına çıxışı olması anlamına gəlir. Bundan başqa, 40-dan çox ictimai iaşə obyekti ilə əməkdaşlıq qurulub. Bu obyektlər üçün nəzərdə tutulmuş tətbiq vasitəsilə satışları, komissiyaları, müştəri analitikasını, loyallıq və keşbək əməliyyatlarını asanlıqla idarə etmək mümkündür.

Gələcək planlar: daha çox imtiyaz və məkan

2026-cı il üçün əsas hədəflər korporativ şirkətlərin və əməkdaşlıq edəcək məkanların sayının artırılmasıdır. O.Əliyevin sözlərinə görə, bu məqsədlə həm B2B (Business to Business), həm də B2C (Business to Customer) istiqamətli yerli startaplarla danışıqlar gedir. Yaxın zamanda “Bonfi” istifadəçiləri imtiyazlarla dolu mobil tətbiqlərində yanacaq kartları, nəqliyyat kartları və hədiyyə kartlarından da faydalana biləcəklər. Hazırkı mərhələdə isə istifadəçilər yemək kartlarının üstünlüyündən faydalana bilirlər.

2025-ci ilin sonlarından KOBİA ilə “Bonfi” arasında sıx əməkdaşlığa başlanılıb. O.Əliyev vurğulayır ki, yaradıcı komandada ‘Startap’ şəhadətnaməsinin alınması ilə bağlı da işlər aparılır və 2026-cı ildə “Bonfi” bu üstünlüyü qazanmaq üçün Agentliyə müraciət etməyi nəzərdən keçirir.

Faiq KƏRİMOĞLU

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?