7 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Cəbrayılda yeni tikilən 330 kV-luq yarımstansiyada işlər tamamlanıb

İşğaldan azad edilmiş ərazilərdə ilk sənaye miqyaslı günəş elektrik stansiyası və ən böyük, birbaşa xarici investisiya layihəsi olaraq BP şirkəti tərəfindən Cəbrayıl rayonunda tikilən 240 meqavatlıq “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə inteqrasiyası üçün Azərbaycan dövləti tərəfindən irihəcmli işlər həyata keçirilir.

“AzərEnerji” ASC-nin məlumatına görə, belə ki, BP ilə əməkdaşlıq sazişinə uyğun olaraq, “Şəfəq” GES-in enerjisistemə qoşulması üçün Cəbrayılda 330/33 kilovoltluq yeni yarımstansiya və 7,5 km məsafədə 330 kilovoltluq ikidövrəli yüksək gərginlikli ötürmə xətti çəkilib.

Layihələrin əsas məqsədi dövlət-özəl sektor tərəfdaşlığına dəstək, karbon emissiyalarının azaldılması, təbii qaza qənaət olunması və bərpaolunan enerji mənbələrinin payının artırılmasıdır. Bu layihələr Azərbaycanın yaşıl enerji keçidinə və enerji təhlükəsizliyinə mühüm töhfə verəcək. Stansiyada istehsal olunan elektrik enerjisinin “Virtual Enerji Ötürülməsi Mexanizmi” (VPTA) çərçivəsində 330 kV-luq “Cəbrayıl” Enerji Qovşağına, oradan isə enerjisistemə ötürülməsi və eyni miqdarda enerjinin Səngəçal terminalına verilməsi nəzərdə tutulur.

Yeni tikilən “Cəbrayıl” yarımstansiyasında işlər yekunlaşıb və “Şəfəq” GES-i tikilərək istismara verildikdən sonra istehsal olunan “yaşıl enerji”nin ötürülməsinə başlanılacaq.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?