26 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan–İordaniya sənədləri imzalanıb

Azərbaycan–İordaniya sənədləri imzalanıb

Bakıda Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IV iclası başa çatdıqdan sonra bir sıra sənədlər imzalanıb.

Həmsədrlər Sahil Babayev və Yarub Əl-Quda tərəfindən Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IV iclasının nəticələrinə dair Protokol, həmçinin 2025-2027-ci illər üzrə elm və təhsil, mədəniyyət və incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə və media sahələrində İcraedici Əməkdaşlıq Proqramı imzalanıb.

Bundan başqa, Azərbaycan və İordaniya hökumətləri arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş, Dövlət Turizm Agentliyi ilə İordaniyanın Turizm və Tarixi Əsərlər Nazirliyi arasında turizm sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu və turizm sahəsində əməkdaşlığa dair İcra Proqramı və Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ilə İordaniyanın Kiçik və Orta Müəssisələrin İnkişafı Korporasiyası (JEDCO) arasında Anlaşma Memorandumu hər iki tərəfin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələri tərəfindən imzalanıb.

Daha sonra həmsədrlər mətbuat nümayəndələrinin suallarını cavablandırıb. İqtisadi sahədə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əsas platforma olduğunu vurğulayan həmsədrlər qeyd ediblər ki, komissiyanın IV iclasında ticarət, investisiya, sənaye, enerji, nəqliyyat, təhsil, mədəniyyət və digər sahələrdə konkret əməkdaşlıq istiqamətləri razılaşdırılaraq protokol imzalanmışdır. Həmçinin bildirilib ki, bir çox sahələrdə əldə olunan irəliləyiş münasibətlərin strateji xarakterini təsdiqləyir və mövcud potensial əməkdaşlığın daha da genişləndirilməsini zəruri edir.

AZƏRTAC

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?