13 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
ADY ilə "Rusiya Dəmir Yolları" ASC arasında saziş imzalanıb

ADY ilə "Rusiya Dəmir Yolları" ASC arasında saziş imzalanıb

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ilə "Rusiya Dəmir Yolları" ASC arasında məlumatların ikitərəfli elektron mübadiləsi haqqında saziş imzalanıb.

ADY-nin məlumatına görə, sənəd QSC-nin sədri Rövşən Rüstəmov və “Rusiya Dəmir Yolları”nın baş direktoru və İdarə Heyətinin sədri Oleq Belozyorov arasında keçirilən görüş çərçivəsində imzalanıb.

Saziş yük daşımalarının effektivliyinin artırılmasına və rəqəmsal sənəd dövriyyəsinin həyata keçirilməsinə imkan verəcək.

Görüşdə iki ölkənin dəmir yolu administrasiyaları arasında əməkdaşlığın inkişafı və qarşılıqlı fəaliyyətin gücləndirilməsi, marşrutların səmərəliliyinin yüksəldilməsi və daşıma proseslərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?