Bu il sahibkarlara dövlət zəmanəti ilə 124 milyon manat kredit verilib
Bu günədək İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə müvəkkil banklar tərəfindən sahibkarlara 678 milyon manatdan artıq kredit verilib ki, bunun da 124 milyon manatı 2025-ci ilin yanvar-noyabr aylarının payına düşür.
Fondun məlumatına görə, zəmanətlə və faiz subsidiyası hesabına sahibkarlara ayrılan kreditlər hesabına maliyyələşdirilən layihələr çərçivəsində 6 mindən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Qeyd edək ki, sahibkarların manatla aldıqları kreditlərə zəmanətin və bu kreditlər üzrə hesablanan faizlərə görə subsidiyanın verilməsinə Azərbaycan Prezidentinin 29 noyabr 2017-ci il tarixli 1691 nömrəli Fərmanı ilə başlanılıb.
