7 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) nümayəndə heyəti ilə görüş keçirilib.

Dövlət Agentliyinin məlumatına görə, görüşdə Agentlik sədrinin müşaviri İlqar Həsənov qurumun keyfiyyət infrakstrukturu sahəsindəki fəaliyyət istiqamətləri, görülən işlər, əldə olunan nəticələr və qarşıya qoyulan hədəflər barədə ətraflı məlumat verib. Eyni zamanda, “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” və onun icrası çərçivəsində görülmüş işlər, qəbul olunmuş normativ hüquqi aktlar, hazırlanmış layihə və hesabatlar, həyata keçirilən tədbirlərin nəticələri və onların iqtisadi təsirləri diqqətə çatdırılıb.

Həmçinin ölkədə keyfiyyət infrastrukturunun inkişafı, xüsusilə milli texniki reqlamentlərin qəbulu və tətbiqinin istehlak bazarına, eləcə də sahibkarlıq fəaliyyətinə təsiri barədə qarşılıqlı müzakirələr aparılıb. Bildirilib ki, istehlak bazarının keyfiyyətli və təhlükəsiz qeyri-qida malları ilə təmin olunması məqsədilə aidiyyəti dövlət orqanları tərəfindən hazırlanmış milli texniki reqlament layihələri Agentliyin rəsmi internet səhifəsində (https://competition.gov.az/az/page/qanunvericilik/texniki-reqlament-layihelerinin-ictimai-dinlenmesi-ve-muzakiresi) ictimai dinləmə və müzakirəyə çıxarılıb.

Görüş zamanı Agentliyin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) yaradılan yeni laboratoriyalar və göstərilən xidmətlər barədə məlumat verilib. Bundan əlavə, milli akkreditasiya sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində görülən işlərdən bəhs edilib, Agentliyin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) Asiya-Sakit Okean Akkreditasiya Əməkdaşlığı (APAC) və Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatına (İLAC) tamhüquqlu üzv qəbul edildiyi diqqətə çatdırılıb.

Sonda keyfiyyət infrastrukturu sahəsinin inkişafı istiqamətində təkliflər dinlənilib, tərəflər arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində maarifləndirmə tədbirlərinin genişləndirilməsi barədə razılığa gəlinib.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?