2 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

10 ayda qadın sahibkarların investisiya layihələrinə 27,9 milyon manat güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlərin təxminən yarısı kənd təsərrüfatı məhsullarının istehsalı sektoruna, digər yarısı isə müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib, bunun 76 faizi regionların payına düşüb.

Bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli noyabrın 13-də Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

Nazir müavininin sözlərinə görə, Fondun vəsaiti hesabına banklar vasitəsi ilə 2025-ci ilin yanvar-sentyabr ayları ərzində sahibkarların ümumi dəyəri 564 milyon manat olan 4590 investisiya layihəsinə 250 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 3500 yeni iş yerinin açılması imkanı yaranıb. 2025-ci ilin 10 ayı ərzində Fond tərəfindən qadın sahibkarların 498 investisiya layihəsinə 27,9 milyon manat güzəştli kredit verilib, 367 yeni iş yerinin açılması imkanı yaranıb.

Bununla yanaşı Səməd Bəşirli qeyd edib ki, ölkəmizdə inklüziv sahibkarlığın inkişafı qadınların biznes təşəbbüslərinin və iqtisadiyyatın müxtəlif sahələrində layihələrinin reallaşdırılmasına da şərait yaradıb. Bunun nəticəsidir ki, bu ilin 6 ayı ərzində qadın sahibkarların sayı 7 faiz artaraq, 333 minə yaxın olub.

Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu?