7 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOB Model Müəssisə istehsal prosesində sahibkarlara dəstək göstərir

KOB Model Müəssisə 2025-ci ilin ötən dövrü ərzində sahibkarlara istehsal prosesinin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli dəstək göstərib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, cari ilin ötən dövründə Model Müəssisə tərəfindən 460 saatdan çox təlim keçirilib ki, bu təlimlərdə 1360-a yaxın sahibkar və istehsalat sahəsində çalışan mütəxəssislər iştirak edib. Təlimlərin məqsədi sahibkarlara öyrəndikləri bilikləri öz müəssisələrində tətbiq edərək məhsuldarlığı artırmağa, xərclərə qənaət etməyə və istehsal prosesindəki itkiləri azaltmağa dəstək olmaqdır.

KOB Model Müəssisədə keçirilən təlimlər sahibkarların real ehtiyaclarına uyğun olaraq vaxta və xərclərə qənaət üsullarının öyrənilməsi, resurslardan səmərəli və adekvat istifadənin mənimsənilməsi, standartlaşdırma, vaxtın ölçülməsi, qənaətli istehsal metodlarının əyani təbliği, “Soft Skills” (yumşaq bacarıqlar), layihə idarəetməsi, maliyyənin və təchizat zəncirinin idarə olunması, satış və marketinq mövzularını əhatə edib. Eyni zamanda son illərdə sahibkarların rəqəmsal bacarıqlara və “yaşıl iqtisadiyyat”a keçidə göstərdikləri maraq nəzərə alınaraq bu mövzularda da təlimlər təşkil olunub.

Təlimlərlə yanaşı, KOB Model Müəssisə tərəfindən ümumilikdə 840 saat 5 KOB subyektinə onların müəssisəsində real istehsal proseslərinin təhlili və yaxşılaşdırılması üzrə məsləhət xidməti göstərilib. Bu xidmətlər 2025-ci ilin sonunadək davam etdiriləcəkdir.

Qeyd edək ki, KOBİA tərəfindən yaradılmış KOB Model Müəssisə sahibkarlıq subyektlərinin inkişafı üçün “görmə, eşitmə və icraetmə” konsepsiyası əsasında fəaliyyət göstərən, praktiki bilik və təcrübənin birləşdiyi unikal mərkəzdir. Model Müəssisə Azərbaycan Texniki Universitetində fəaliyyət göstərir. Model müəssisənin imkanlarından faydalanmaq istəyən, istehsal sahəsində çalışan biznes subyektləri KOBİA-ya və ya Model Müəssisənin sosial media hesabları vasitəsilə müraciət edə bilərlər. KOB Model Müəssisə tərəfindən sahibkarlara göstərilən xidmətlər ödənişsizdir.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?